Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Startup School 2” layihəsi Memarlıq və İnşaat Universitetində təqdim olundu - BBN

“Startup School 2” layihəsi Memarlıq və İnşaat Universitetində təqdim olundu

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva və layihə meneceri Nəzrin Əkbərova ali təhsil müəssisələrində “Startup School 2 – AI for Green Solidarity” layihəsinin tanıtımı çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində olublar.

M.Musayeva layihənin məqsədi, ideyaların biznesə çevrilməsi imkanları və ümumiyyətlə innovasiyaların inkişaf trendləri barədə tələbələrə geniş məlumat verib.  N.Əkbərova isə “Startup School 2” layihəsinin şərtləri və müraciət qaydaları ilə bağlı təqdimatla çıxış edib.

Bildirilib ki, layihə innovasiya ekosistemində yaradıcı təfəkkürü və yenilikçiliyi inkişaf etdirəcək, bu sektorda rəqabətədavamlı kadrların akademik biliklərlə təmin edilməsində böyük rol oynayacaq, həmçinin ali təhsil müəssisələrində fəaliyyət göstərən innovasiya mərkəzlərinin işinə dəstək olmaqla, daha çox gəncin startap fəaliyyətinə cəlb olunmasına şərait yaradacaq.

Tədbir çərçivəsində innovasiya və startap ekosistemi mövzusunda keçirilmiş sual-cavab mərhələsində xüsusi fəallıq göstərmiş tələbəyə İİTKM-in ABŞ-ın Nevada Universiteti və Bakı Mühəndislik Universiteti ilə birgə hazırladığı “İnnovasiya və sahibkarlıq: startap ekosistemi” kitabı təqdim olunub.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı