Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Startup School 2” layihəsində final mərhələsi-hakaton keçiriləcək - BBN

“Startup School 2” layihəsində final mərhələsi-hakaton keçiriləcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının “StartUp School 2 – AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsinin “Məzun Günü” keçiriləcək. Azərbaycan İnnovasiya Mərkəzində təşkil olunacaq tədbirdə layihənin ən uğurlu komandaları arasında hakaton yarışı təşkil olunacaq.

“Məzun Günü”ndə iştirak etmək üçün ABŞ-ın Nevada Universitetinin “Özmən Sahibkarlıq Mərkəzi”nin rəhbəri Mehmet Tosun, Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzinin baş elmi işçisi Nicat Mehdiyev Azərbaycana gəlib.

Hakaton yarışında münsiflər heyətinin qərarına əsasən qaliblər elan olunacaq, mükafatlandırma mərasimi keçiriləcək.

“Enterprise Azerbaijan” portalı “Startup School” layihələrini Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-ın Nevada Universiteti ilə əməkdaşlığı çərçivəsində həyata keçirir.

Qeyd edək ki, “Startup School 2” layihəsinə Azərbaycandan və dünyanın müxtəlif ölkələrindən 121 komanda müraciət edib.

Related posts

2025-ci ildə 59 mikro və kiçik sahibkar innovativ layihələr üzrə vergi güzəştləri əldə edib

“Startup School 3” layihəsinin 4 məzunu Silikon Vadisində keçiriləcək “Entrepreneurship Olympiad”larında ödənişsiz iştirak edəcək

Daha 18 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı