Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“StartUp School” layihəsi Milli Aviasiya Akademiyasında təqdim olunub - BBN

“StartUp School” layihəsi Milli Aviasiya Akademiyasında təqdim olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin EnterpriseAzerbaijan.gov.az portalının və ABŞ-ın Nevada Universitetinin birgə hazırladığı “StartUp School” layihəsi Milli Aviasiya Akademiyasında (MAA) təqdim olunub.

Tədbirdə Enterprise Azerbaijan portalının rəhbəri Mətanət Musayeva, mentor Habil Əhmədov və layihə meneceri Nəzrin Əkbərova layihə barədə ətraflı məlumatlar veriblər.

Milli Aviasiya Akademiyasının yeni texnologiyalar üzrə prorektoru, professor Xəqani Abdullayev, nəqliyyat texnologiyaları fakültəsinin dekanı Nazim Nağıyev, dekan müavini Məhluqə Nəsirova və digər rəsmi şəxslər akademiyada yaradılacaq innovasiya mərkəzi və “StartUp School” layihəsi ilə əməkdaşlıq imkanlarından danışıblar.

Görüşdə “Teknofest Azərbaycan”ın iki nominasiya üzrə birincisi Sərxan Ağadadaşov da iştirakçılara  layihələrini təqdim edib.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı