Statistika Komitəsinin sədri Dünya Bankının nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov ölkəmizdə səfərdə olan Dünya Bankının nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Dünya Bankının iqtisadçısı, tapşırıq qrupunun rəhbəri Moritz Meyer, Dövlət sektoru üzrə baş mütəxəssis Qreqori Kisunko, Baş iqtisadçı Alan Fuchs, Proqram üzrə assistent    Nigar  Sadıqova və Azərbaycan Nümayəndəliyinin Əməliyyatlar üzrə baş mütəxəssisi Səidə Bağırlı iştirak edib.

Görüş çərçivəsində Dövlət Statistika Komitəsi ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında imzalanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2017-ci il tarixli 604s saylı sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası: 2018-2022-ci illər üzrə müfəssəl institusional, kadr və informasiya-kommunikasiya texnologiyaları potensialının artırılması planları daxil olmaqla, 2018-2030-cu illər üzrə Statistikanın İnkişafı üzrə Milli Strategiya Layihəsi”nin həyata keçirilməsi üzrə hazırlıq işlərinin gedişatına dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşdə Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında statistika sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır