Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Strateji idarəetmə və strategiya ofisi üzrə Türkiyə səfəri başa çatmışdır - BBN

Strateji idarəetmə və strategiya ofisi üzrə Türkiyə səfəri başa çatmışdır

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 9-10 oktyabr 2025-ci il tarixində “strateji idarəetmə və staregiya ofisi” mövzusunda bankların bu istiqamətdəki rəhbər şəxsləri üçün təşkil edilən İstanbula səfəri baş tutmuşdur.

Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır.

  • Bankın strategiya ofisinin fəaliyyəti və iş prinsipi;
  • Yeni məhsullar, xidmət modelləri və texnologiyaların rolu ilə korporativ bankçılığın inkişaf perspektivlərinə strateji baxış;
  • Qeyri-müəyyən dövrlərdə davamlı strategiyaların qurulmasına və uzunmüddətli dayanıqlılığın təmin edilməsinə strateji yanaşma;
  • Müştəri tələblərində dəyişikliklərə və bank xarici rəqiblərin təsirinə strateji baxış;
  • İnsan resurslarının idarə olunması və innovativ korporativ mədəniyyətin qurulması;
  • Süni intellekt, avtomatlaşdırma və məlumat analitikasının bankçılıqda tətbiq olunmasına strateji baxış;
  • Rəqəmsallaşma, ekosistem quruculuğu və daxili platformaların inkişafına strateji yanaşma;
  • ESG və davamlı inkişaf prinsiplərinin bankçılığa inteqrasiyasına strateji baxış.

Səfər çərçivəsində Ziraat Bank və Yapı Kredi Bankasının nümayəndələri ilə görüşlər təşkil edilmişdir.

Qeyd edək ki,  Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 38 mindən çox dinləyiciyə 2600-ə yaxın təlim kursu təşkil edilmişdir.

 

Related posts

“ASAN xidmət” dövlət xidmətləri sahəsində BƏƏ ilə əməkdaşlığı genişləndirir

Qızıl Yenidən Rekord Həddə: İranla Gərginlik Qiymətləri 5 000 Dolların Üzərinə Qaldırdı

Azərbaycanda nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxınlaşdı – Statistika

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı