Strateji valyuta ehtiyatları 49.4 mlrd. dollara çatıb

Ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlindən 10.5% və ya 4.7 mlrd. dollar artaraq 49.4 mlrd. dollara çatıb.

Dünya ərzaq qiymətləri cari ilin əvvəlindən 5.1%, o cümlədən, ət məhsulları üzrə 10.7%, süd məhsulları üzrə isə 14.4% yüksəlib (mənbə: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı).

Bütövlükdə, qlobal iqtisadi aktivliyin zəifləməsi perspektivləri, tərəfdaş ölkələrdə iqtisadi artımın səngiməsi və ixrac qiymətlərinin aşağı düşməsi xarici tələb amillərinə təsir göstərməklə Azərbaycanda iqtisadi artım üçün potensial təhdidlər yarada bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır