“Sumqayıt Kimya Sənaye Parkı” tender elan edib

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Sumqayıt Kimya Sənaye Parkı” MMC Sumqayıt Kimya Sənaye Parkının 167.66 və 127.96 hektar ərazilərində əmlakın mühafizəsi üzrə iş və xidmətlərin satın alınması ilə əlaqədar açıq tender elan edir.

Tender 1 lot üzrə keçirilir:

Sumqayıt Kimya Sənaye Parkının 167.66 və 127.96 hektar ərazilərində əmlakın mühafizəsi üzrə iş və xidmətlərin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” ünvanında yerləşən ofisindən yazılı müraciət etməklə əldə edə bilərlər. Əlaqələndirici şəxs – Abbas Mamedov (telefon: 012-488-80-65)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır