Süni intellekt vasitəsilə müsahibələrin aparılmasına başlanılıb

İsveçdə paytaxtı Stokholmda yerləşən texnologiya şirkəti Furhat Robotics tərəfindən hazırlanan robot Tengai mütəxəssislər yerinə müsahibə edə bilir. Belə ki, robot namizədlərə hər hansı bir ön mühakimə etmədən suallar verir.

Dünya İqtisadi Forumunun rəsmi saytında olan xəbərlərə görə, Tengai İsveçin Upplands-Bro Bələdiyyəsinə edilən iş müraciətləri üçün istifadə edilir.

Tengai-nin iş müsahibələrində namizədlərlə ön mühakimə etmədən müsahibələrin həyata keçirilməsi üçün nümunə olacağı gözənilir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır