Təmassız ödəniş funksiyası olan fincanlar satışa buraxılıb

İngiltərə mərkəzli kofe şirkəti “Costa Coffee” yeni məhsulunu müştərilərinin istifadəsinə verib.

Daxilinə yerləşdirilən və taxılıb çıxarıla bilən çip vasitəsilə kofesevərlərə təmassız ödəmə imkanları tanıyan bu fincanın satış qiyməti 15 funt-sterlinq təşkil edir.

Fincanın funksiyaları arasında balansın artırılması, xərclərə nəzarət və ödənişlərin bloklanması da mövcuddur. Bu funksiyalar “Costa Coffee” tərəfindən hazırlanmış tətbiqetmə vasitəsilə icra edilə bilər.

Qeyd edək ki, sözügedən fincan Barclayscard şirkətinin bPay texnologiyası əsasında fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır