Təsərrüfat subyektləri tərəfindən 226.4 mln. ton yük daşınıb

2017-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 226.4 mln. ton yük daşınıb.

BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2016-cı ilin müvafiq dövrünə nisbətən 1.8% çox olub.

Qeyd edək ki, yüklərin 3.7%-i dəniz, 6.4%-i dəmir yolu, 0.1%-i hava, 63.9%-i avtomobil nəqliyyatı, 25.9%-i boru kəməri ilə daşınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır