Bu ilin yanvar-mart aylarında dövlət qurumlarının 228 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb.
BBN.az Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatlarına istinadən xəbər verir ki,, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44 % çoxdur.
Təkcə martda isə 59 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 1 il əvvələ nisbətən 97 % və yaxud təxminən 2 dəfə çoxdur.
2025-ci ildə dövlət qurumlarının 1 264 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 2024-cü illə müqayisədə 47,5 % çoxdur.