Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Təhsiliniz Gələcəyimizdir" layihəsi reallaşdırılıb - BBN

“Təhsiliniz Gələcəyimizdir” layihəsi reallaşdırılıb

“ASAN xidmət” və “Rabitəbank” ASC-nin birgə təşəbbüsü ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində “Təhsiliniz Gələcəyimizdir” layihəsi reallaşdırılıb. Sosial təşəbbüs çərçivəsində uzaqdan təhsilə uşaqlar uzaq qalmasın deyə Tərtərin Əskipara kəndinin həssas əhali qrupuna aid edilən ailələrinin üzvü olan və tədris müddətində fərqlənən şagirdlərinə notbuklar, həmçinin 1 illik pulsuz internet paketləri təqdim olunub.

Layihənin məqsədi COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi dövründə təşkil olunan onlayn tədris prosesinə internet imkanlarının məhdudluğu səbəbindən qoşula bilməyən şagirdlər üçün bu cür imkanları və fasiləsiz təhsili təmin etmək, yeni bilik və bacarıqlar əldə etmələrinə dəstək göstərməkdir.

Hər kəsi gələcəyimiz olan sağlam təhsilli gənclərin yetişməsi üçün dəstək göstərməyə, onlar üçün təhsilin davamlılığını təmin etməyə biganə qalmamağa çağırırıq!

Related posts

Mərkəzi Bankın baş direktoru Azərbaycanda İslam banklarının yaradılması perspektivlərindən danışıb (ÖZƏL MÜSAHİBƏ)

S&P Global Ratings PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi

Kapital Bank-ın sədrinə müavin təyin olundu

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı