“Tələbə İnkişaf Platforması” çərçivəsində Qazaxda tələbələrlə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı, Qazax-Tovuz Regional Məşğulluq filialı və Qazax Dövlət Sosial İqtisad Kollecinin əməkdaşlığı ilə “Tələbə İnkişaf Platforması” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Qazax Dövlət Sosial İqtisad Kollecinin tələbələri üçün təşkil edilən seminarda “Əmək bazarı dəyərimizi necə artıraq?”, “Gələcəyin bacarıqları” kimi mövzularda təqdimatlar edilib, tələbələri maraqlandıran suallar cavablandırılıb, “Alo Karyera” dəstək xidməti və “CV yarat” platforması barədə məlumat verilib.

Görüşdə ümumilikdə 120 tələbə iştirak edib.  

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı