Təmassız ödəniş limitinin artırılması tranzaksiyaların həcmini artırıb

Böyük Britaniyada sentyabr ayında verilən qərar ilə təmassız ödəniş tranzaksiyaları üzrə limitin 45 funt-sterlinqdən 100 funt-sterlinqə artırılması ilkin mərhələdə “fraud” hallarının artımı ilə bağlı müzakirələr başlatsa da, tədricən qərarın ölkə iqtisadiyyatına müsbət təsirləri gözə çarpır.

Böyük Britaniyanın maliyyə bazarları üzrə tənzimləyici orqanı “UK Finance” tərəfindən tərtib edilən hesabata istinadən, dekabr ayında təmassız ödənişlər üzrə ortalama tranzaksiya məbləği 15.3 funt-sterlinqə yüksəlib. Sentyabr ayında bu göstərici 11.86 funt-sterlinq səviyyəsində olub.

Ümumi göstəricilərə görə isə, təmassız ödənişlər ümumi debit kartı tranzaksiyalarının 70%, kredit kartı tranzaksiyalarının isə 56%-ini təşkil edib.

Böyük Britaniyada təmassız ödəniş tranzaksiyalarının ümumi həcmi 2021-ci ildə 165.9 milyard funt-sterlinq həcmində olub. Bu isə, 2020-ci il göstəricisinə nisbətdə 46%, 2019-cu il göstəricisinə nisbətdə isə 106% artım deməkdir. Təmassız ödəniş tranzaksiyalarının sayı isə 13.1 milyardı ötüb.

Related posts

Azərbaycan Respublikası Mərkəzi Bankı ölkə assosiasiyaları ilə görüş keçirmişdir

TuranBank ağacəkmə aksiyası təşkil edib

ABB və AZAL səyahət imkanları yaradan kobrend kartını təqdim etdi!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı