“Təmiz Daşkəsən” layihəsi çərçivəsində növbəti ekoloji aksiya təşkil edilib

“AzerGold” QSC-nin təşkilatçılığı, “Daşkəsən Dəmir Filiz” MMC və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə “Təmiz Daşkəsən” layihəsi çərçivəsində növbəti ekoloji aksiya təşkil edilib.

“Yaşıl dünya naminə həmrəy olaq!” şüarı ilə keçirilən aksiyada “Daşkəsən Dəmir Filiz” MMC-nin əməkdaşları və RİİB-in könüllüləri iştirak ediblər. Aksiya iştirakçıları tərəfindən Xoşbulaq kəndinin ərazisində yerləşən təqribən 2 hektara yaxın meşə ərazisi plastik, polietilen, metal, şüşə, kağız, karton və digər tərkibli tullantılardan təmizlənib. Yığılmış tullantılar çeşidlənərək, təkrar emala yönəldilib. Aksiya çərçivəsində Daşkəsən rayonu ərazisində  yeni tullantı konteynerləri və zibil qutuları yerləşdirilib.

Qeyd edək ki, “Təmiz Daşkəsən” ekoloji layihəsində əsas məqsəd təmizliyə riayət olunmasını təbliğ etmək, ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq, ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir. Bu məqsədlə “Təmiz Daşkəsən” ekoloji layihəsi çərçivəsində rayonun müxtəlif ərazilərində bu tip aksiyaların təşkili davam etdiriləcək.

 

Related posts

Bank VTB (Azərbaycan) ASC ATM qoruyucu örtük və papaq (işıqlı qutu) istehsalı üçün AÇIQ TENDER ELAN EDİR

Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması sahəsində əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr müzakirə olunub

Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Risklərin təhlili” işçi qrupunun növbəti iclası keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı