Taleh Kazımov Azərbaycan banklarının cari ilin I rüb nəticələrini qiymətləndirib

“Hazırda bank sektorunun maliyyə vəziyyətini çox qənaətbəxş hesab edirəm”.

Bu haqda bu gün, mayın 3-də təşkil edilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov BBN.az-ın sualını cavablandıran zaman deyib.

“Bankların kredit portfelinin keyfiyyəti qənaətbəxşdir. Nəzərə alsaq ki, banklarımızın əksəriyyəti pərakəndə bankçılıq sahəsində aktiv fəaliyyət göstərir. Bizim qeyri-işlək portfelin səviyyəsi 3.7%-dir. Bu nöqteyi nəzərdən düşünürəm ki, maliyyə sektorumuz çox güclüdür”, – deyə sədr Azərbaycan banklarının 2023-cü ilin I rübünün maliyyə nəticələri haqda danışarkən qeyd edib.

Eyni zamanda Taleh Kazımov sektor ilə bağlı gələcək fikirlərini də bölüşüb: “Biz istəyirik ki, bankların iqtisadi inkişafda rolu daha da artsın. Onlar, həm risklərin idarəedilməsi, həm də korporativ idarəetmə sahəsində qabaqcıl təcrübələri tətbiq etməyə başlasınlar və bununla da öz maliyyə dayanıqlığını gücləndirsinlər. Əsasən də istəyimiz odur ki, əhalinin əmanətləri, onların hüquqları müdafiə olunsun və ölkənin iqtisadi artımına dəstək olsunlar. Çox istərdik ki, ölkənin iqtisadi aparıcı qüvvəsi məhz maliyyə sektoru olsun”.

Related posts

Digər bankdakı kreditlərinizi Unibanka gətirin, ödənişiniz sərfəli olsun!

Azərbaycan Respublikasının Mərkəzi Bankında təşkil olunan “Nağd pul ofis”ləri ilə bağlı məlumat

Ziraat Bank Azərbaycanın Müşahidə şurasına yeni üzv təyin olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı