Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Taleh Kazımov: Bank sektoru maliyyə sektorunun 95 faizini təşkil edir - BBN

Taleh Kazımov: Bank sektoru maliyyə sektorunun 95 faizini təşkil edir

Azərbaycanın maliyyə sənayesinin aktivlərinin ÜDM-ə nisbəti iyul ayının sonuna olan göstəriciyə əsasən 44,5 faiz təşkil edir ki, bu da oxşar ölkələrlə müqayisədə aşağı hesab olunur.

BBN.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov Bakıda keçirilən “Azərbaycan: Dəyişən qlobal iqtisadiyyatda inkişaf perspektivləri” adlı forumda deyib.

O bildirib ki, bank sektoru maliyyə sənayesində dominantlıq edən sektordur və bütövlükdə maliyyə sektorunun 95 faizini təşkil edir.

“Biz 2023-2026-cı illər üzrə maliyyə sektorunun inkişafına dair strategiyanın həyata keçirilməsi ilə hesab edirik ki, maliyyə sektorunun maliyyə inklüzivliyi göstəricilərini daha da yaxşılaşdırmağa nail ola biləcəyik”, – deyə Taleh Kazımov vurğulayıb.

Related posts

Rusiyada illik inflyasiya 6%-ə çatıb

Yaponiya iqtisadiyyatı IV rübdə gözləntilərdən xeyli zəif artdı

Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair monitorinq səfəri həyata keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı