Mərkəzi Bankın sədri Taleh Kazımov ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Emil Məmmədli ilə Mentorluq proqramı çərçivəsində növbəti dəfə görüş keçirib.
Görüş zamanı Mərkəzi Bank tərəfindən ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması, maliyyə sektorunun iqtisadiyyatda rolunun artırılması istiqamətində görülən işlərə dair fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin müsabiqə qalibinin fərdi inkişaf proqramı əsasında Mərkəzi Bankın həyata keçirəcəyi fəaliyyətlərdə və layihələrdə iştirak perspektivləri müzakirə edilib.