Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Taleh Kazımov qazaxıstanlı həmkarı ilə görüşüb - Foto - BBN

Taleh Kazımov qazaxıstanlı həmkarı ilə görüşüb – Foto

“Qazaxıstanlı həmkarım Timur Süleymenovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Mərkəzi Bankda görüşməyə məmnun olduq. Görüş zamanı hər iki qurum tərəfindən pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi və rəqəmsal ödəniş ekosisteminin genişləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslərlə bağlı fikir mübadiləsi apardıq”.

BBN.az xəbər verir ki, bu haqda Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) rəhbəri Taleh Kazımov özünün LinkedIn platformasında qeyd edib.

“Maliyyə sektoru üçün aktual olan məsələlərin müzakirəsindən sonra qurumlar arasında mövcud qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi imkanlarını nəzərdən keçirdik”, – deyə AMB rəhbəri əlavə edib.

Related posts

VTB (Azərbaycan) ABA tərəfindən mükafatlandırılıb

PASHA Holding-də yeni təyinat olub

Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı