TAP üzrə işlərin 50%-dən çoxu tamamlanıb

Trans Adriatik Boru Kəməri (TAP) üzrə işlərin 50%-dən çoxu tamalanıb.

İşlərə mühəndislik, satılma və tikinti işləri daxildir.

TAP-ın podratçıları Yunanıstan və Albaniyada layihənin marşrutunun təxminən 70%-ni (765 km-dən 539-ni) təmizləyiblər. Qaynaqlanan polad boruların 45%-dən çox hissəsi döşənib. TAP-in tikintisində istifadə olunacaq 55 min borunun təxminən 95%-i Yunanıstan, Albaniya və İtaliyaya çatdırılıb. Boru kəmərinin dəniz hissəsində istifadə olunacaq boruların sonuncu partiyası sentyabrın 3-6-da Brindisidə (İtaliya) boşaldılıb.

Qeyd edək ki, TAP-ın keçdiyi ölkələrdə ümumilikdə 5 500 nəfərdən çox şəxs çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır