TCMB sədrinin işdən azad edilməsi ilə türk lirəsi ucuzlaşıb

Ötən şənbə günü Türkiyə Mərkəzi Bankının (TCMB) sədri Murat Çetinkayanın işdən azad olunub yerinə sədr müavini Murat Uysalın gətirilməsindən sonra türk lirəsi dollar qarşısında dəyərsizləşib.

Belə ki, bu dəyişikliklərdən sonra Asiya sessiyasındakı ilkin USD/TRY əməliyyatları 5.8245 səviyyəsində aparılıb. Qeyd edək ki, ötən həftə bu göstərici 5.7620 səviyyəsində qərarlaşıb.

Sədrin işdən çıxarılma səbəbi kimi lirənin lirənin dəyərdən düşməsinə baxmayaraq ötən ilin sentyabrından bəri faiz dərəcəsinin 24%-dən aşağı salınmaması ehtimal edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır