TDAM rəhbəri “CAREC” Beyin Mərkəzlərinin 8-ci İnkişaf Forumunda çıxış edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova Qazaxıstanın Almatı şəhərində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutu (CAREC) və Asiya İnkişaf Bankı tərəfindən keçirilən CAREC Beyin Mərkəzlərinin 8-ci İnkişaf Forumunda iştirak edir. “İqlim Çağırışı: Birgə fəaliyyət üçün sərhədləri aşan yanaşmalar” mövzusunda keçirilən forumda V. Cəfərova təqdimatla çıxış edib.

“Azərbaycanın iqlimə davamlılıq və ağıllı infrastruktur strategiyası” mövzusunda təqdimatda TDAM rəhbəri ölkənin ağıllı şəhər layihələri və bərpa olunan enerji vasitəsilə iqlimə uyğunlaşma tədbirləri barədə iştirakçıları məlumatlandırıb. O həmçinin, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda  nəzərdə tutulan yaşıl və davamlı inkişaf hədəfləri, işğaldan azad olunan ərazilərdə ağıllı infrastruktura əsaslanan inkişaf planları, iqlim dəyişikliyinə qarşı milli adaptasiya proqramından bəhs edib.

V. Cəfərova 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini və bu il ölkəmizdə COP29-a ev sahibliyi istiqamətində görülən tədbirləri xüsusi qeyd edib.

Related posts

ISSA-nın təşkilatçılığı ilə beynəlxalq vebinar keçirilib

Nazir müavini Vüsal Nəsirli Şabran rayonunda vətəndaşları qəbul edib

Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 500-dən çox imtiyazlı şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı