Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
TDT ölkələri birgə peyk formatı olan "CubeSat"ın orbitə buraxılışına hazırlıq görür - BBN

TDT ölkələri birgə peyk formatı olan “CubeSat”ın orbitə buraxılışına hazırlıq görür

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində fəaliyyət göstərən kosmik qurumların işçi qrupu Daşkənd şəhərində keçirilən iclasda “TDT çərçivəsində Kosmik Sənaye Əməkdaşlığı potensialının inkişafına dair Saziş” layihəsini nəzərdən keçirib.

Görüş zamanı iştirakçı ölkələrin nümayəndə heyətləri yekun qeydlərini təqdim edib, kosmik texnologiyalar və sənaye istehsalı sahəsində uzunmüddətli əməkdaşlıq üçün hərtərəfli hüquqi və institusional bazanın formalaşdırılmasına hazır olduqlarını bildiriblər.

Bununla yanaşı, iclas çərçivəsində “CubeSat” formatlı (OTS-SAT, 12U) peykin istehsal mərhələsinin başa çatdırılması və onun orbitə çıxarılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər sıx koordinasiyanın, qalan texniki işlərin vaxtında tamamlanmasının, həmçinin peyk sistemləri, yerüstü infrastruktur və məlumatların emalı istiqamətlərində əməkdaşlığın vacibliyini vurğulayıblar.

Eyni zamanda, Daşkənddə keçirilmiş TDT Kosmik Agentlikləri rəhbərlərinin 5-ci iclasında OTS-SAT peykinin istehsalının yekun mərhələləri və buraxılış prosesi müzakirə olunub. Tərəflər TDT-nin kosmik sahədə beynəlxalq mövqeyinin gücləndirilməsi məqsədilə böyük beynəlxalq platformalarda Türk Dünyası Kosmos Günlərinin təşkili təşəbbüsünü də diqqətə çatdırıblar.

Related posts

İRİA “EPAM Azərbaycan” ilə birgə yeni “Karyera Mükəmməlliyi” proqramına start verir

“Azərpoçt” ötən il 131,7 min ödəniş kartı emissiya edib

Azərbaycanda süni intellektin müsbət və mənfi təsirləri müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı