Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“TEKNOFEST Azərbaycan” çərçivəsində “Take Off Baku” beynəlxalq startap sammiti öz işinə başladı - BBN

“TEKNOFEST Azərbaycan” çərçivəsində “Take Off Baku” beynəlxalq startap sammiti öz işinə başladı

Azərbaycan da daxil olmaqla 8 ölkədən 50 startap Bakı sammitində iştirak edir.

Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə 26 – 29 mayda Bakıda ilk dəfə olaraq keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində “Take Off Baku” beynəlxalq startap sammitinə start verilib.

İştirakçı startaplar təhsil sahəsində 9, “Fintech” üzrə 5, səhiyyə üzrə 2, “Ağıllı şəhər” üzrə 7, nəqliyyat və logistika üzrə 2, infrastruktur və təhlükəsizlik üzrə 2, əyləncə üzrə 3, sosial sahə üzrə 8, “Media&Ads” üzrə 1 və digər sahələr üzrə 11 təkliflə investorlar qarşısında təqdimatla çıxış edəcəklər.

Təqdim edilmiş layihələrin ümumi məhsulunun 80 faizi proqram, 20 faizi isə aparat təminatına aiddir.

Qeyd edək ki, iştirakçı statusu əldə etmiş 50 startapa tədbirin rəsmi açılış mərasiminə kimi beynəlxalq mentorlar tərəfindən “Marketdə düzgün seqmentin seçilməsi”, “Müştəri yönümlü həllər”, “Pitçinq”, “İnnovativlik və Səmərəlilik” və “Startap komandasının funksional səriştəliliyi” mövzularında 11 master-klass təşkil olunub.

Bununla yanaşı, tədbir çərçivəsində startaplara təqdimatla çıxış etmək, B2B formatda görüşlər keçirmək, investorlarla görüşmək, sərgi və panel müzakirələrdə iştirak etmək imkanları yaradılacaq.

“Take Off Baku” startap sammitinin moderatoru qismində startaplar və akseleratorlar üzrə beynəlxalq səviyyəli ekspert Tal Catran çıxış edəcək.

Yeni innovativ layihə və həll yolları təklif edən startapların mükafatlandırılması mərasimi 28 may tarixində baş tutacaq. 

Related posts

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Azərbaycan və Belarus turizm sahəsində əməkdaşlığı gücləndirir

“Azerconnect Group” “mygov” platformasına qoşulub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı