“Telegram” öz kriptovalyutasını oktyabrın sonuna buraxa bilər

“Telegram” sosial şəbəkəsinin kriptovalyuta layihəsi “Gram” bu il oktyabrın sonuna yekunlaşa bilər. Bir müddət bu layihənin ləğvi barədə xəbərlər mediada dolansa da , “New York Times” jurnalının araşdırmasına görə iki aydan sonra “Gram” kriptovalyutası müştərilərin istifadəsinə verilə bilər.

İstifadəçilər “Telegram” applikasiyası tərəfindən yaradılacaq rəqəmsal cüzdanda bu kriptovalyutaları saxlaya biləcək və lazımi xərcləmələri edə biləcəklər. Hal-hazırda bu yöndə bazara daxil ola biləcək və “Gram” ilə rəqabətə girəcək yeganə kriptovalyuta “Facebook” tərəfindən planlaşdırılan “Libra” kriptovalyutası ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır