Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Telegram"ın dəyəri açıqlanıb - BBN

“Telegram”ın dəyəri açıqlanıb

“Telegram” potensial investorlar tərəfindən 30 milyard dollardan çox qiymətləndirilir.

BBN.az xəbər verir ki, bu barədə sosial şəbəkənin həmtəsisçisi Pavel Durov “Financial Times”a müsahibəsində bildirib.

O qeyd edib ki, 30 milyard dollarlıq qiymətləndirmə o cümlədən qlobal texnologiya fondları tərəfindən müəyyən edilib.

“Financial Times” yazıb ki, Durov “Telegram”ın satışını istisna edib.

İş adamı “Telegram” səhmlərinin bir hissəsini adi istifadəçilərinə satmaq barədə düşünəcəyini də söyləyib.

Durov onu da bildirib ki, “Telegram”ın artıq 900 milyon istifadəçisi var, şirkətin bu və ya gələn il qazanc əldə edəcəyini gözləyir.

O, maraqlı mümkün yeniliklər arasında “Telegram”ın süni intellektə əsaslanan çat botunu təqdim etməyi düşündüyünü də əlavə edib.

Related posts

Birbank-ın “Böl-ödə” krediti ilə alış-veriş imkanlarınızı genişləndirin

Spotify-in istifadəçi sayı rekord həddə çatdı

Süni intellektlə video istehsal edən startapın dəyəri 5,3 milyard dollara çatıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı