“Teleradio” ötən ili 1,12 mln. manatlıq zərərlə başa vurub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Teleradio” İstehsalat Birliyinin 2016-cı il üzrə maliyyə hesabatı açılanıb.

Birliyin aktivləri 17,571 mln. manat olub. Bu rəqəm ötən illə müqayisədə 5,26% azdır.

Hesabat dövründə birliyin öhdəlikləri 7,97% artaraq 1,95 mln. manat təşkil edib.

Nizamnamə kapitalı dəyişməyərək 8 mln. 359,428 min manat olaraq qalıb. Birliyin cəmi kapitalı 6,68% azalaraq 15,621 mln. manata enib.

“Teleradio” İB 2016-cı ili 1 mln. 118,845 min manatlıq zərərlə başa vurub. 2015-ci ilin sonuna İB-nin zərəri 1 mln. 547,233 min manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır