İpoteka və Kredit Zəmanət Fondu açıq tender elan edir

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun informasiya sistemlərinə dəstək xidmətlərinin göstərilməsi üzrə xidmətlərin satın alınması ilə bağlı Açıq tender elan edir.

BBN.az İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir ki,  tender üzrə prosedurlar 21 avqust 2018-ci il tarixində saat 15.00-da Fondun inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaq.

Tender 3 lotdan ibarətdir:

  • Lot 1- “İnformasiya Mübadiləsi Modulu” (İMM) proqram təminatına illik texniki dəstək xidməti;
  • Lot 2- “Elektron İpoteka” sisteminə illik texniki dəstək xidməti;
  • Lot 3- “Avtomatlaşdırılmış Baş Muhasibat Uçotu Sisteminə” illik texniki dəstək xidməti.
    Lotlar üzrə bölünməyə yol verilir.

Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı sənədləri təqdim etməlidir:

  • Tenderdə iştirak etmək üçün ərizə;
  • iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
  • Təklif;
  • Təklifin qiymətinin 1 faizi həcmində təminat (bank qarantiyası);
  • iddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN)notariat qaydasında təsdiq edilmiş surətləri, ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənədlərin surətləri;
  • iddiaçının iş təcrübəsini təsdiq edən sənədlərin surətləri;
  • Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəzifəyə təyin edilməsi barədə əmr) iddiaçı tərəfindən möhürlə təsdiq edilmiş surəti;
  • iddiaçının fəaliyyətinin axırıncı ili üzrə maliyyə vəziyyəti haqqında bank arayışı və bank rekvizitləri;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu tərəfindən arayışlar);

Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı tələblərə cavab verməlidir:

  • öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
  • müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
  • tender prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.

Tenderdə iştirak haqqı hər lot üzrə 100 manat məbləğində müəyyən edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır