“Tesla” “General Motors” firmasını geridə qoyub

“Tesla” ABŞ-ın  bazar dəyəri ən yüksək olan avtomobil firması olub. Elektrikli avtomobil istehsalçısı “Tesla”nın səhm dəyəri  313.73 dollara, bazar dəyəri isə 51.75 mlrd. dollara çatıb. Belə ki, şirkət “General Motors”u  1 mlrd. dollar fərqlə  geridə qoyub.

Qeyd edək ki, “General Motors”un səhm dəyəri ən yüksək 34.12 dollar olub. Şirkətin bazar dəyəri 50.44 mlrd. dollarda qalıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır