Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Tesla” kriptovalyuta ilə ödənişləri qəbul edəcək

“Tesla” kriptovalyuta ilə ödənişləri qəbul edəcək

Dünya ölkələrinin rəqəmsallaşmaya doğru illərdir sürətlə irəliləməsinə baxmayaraq, kriptovalyutalar hələ də bir çox istehlakçılara qaranlıq qalmaqdadır. Bununla belə, istehsalçılar arasında kriptovalyutalara maraq getdikcə artır. Bu sahədə ən çox gündəmdə olan şirkətlərdən biri də elektromobil nəhəngi “Tesla” şirkətidir. Qlobal avtomobil istehsalı bazarında böyük paya sahib olan Teksas mərkəzli şirkət kriptovalyuta sahəsində daha bir yeniliyə imza atıb.

Ötən il “bitcoin” kriptovalyutasına 1.5 milyard dollardan çox investisiya yatırması ilə gündəmə gələn şirkət artıq kriptovalyuta ilə ödənişlərin qəbul ediləcəyini açıqlayıb. “Time magazine” tərəfindən “İlin adamı” tituluna layiq görülən təsisçi Elon Mask tərəfindən mətbuata açıqlanan bu məlumata əsasən, ilkin olaraq “Dogecoin” adlı kriptovalyuta ilə ödənişlərin qəbuluna başlanılacaq. Belə ki, artıq “Dogecoin” vasitəsilə şirkətin rəsmi vebsaytından məhsullar əldə etmək mümkünləşəcək. Mask yaxın müddətdə, “bitcoin” ilə də ödənişlərin qəbuluna başlanılması ehtimalı olduğunu vurğulayıb.

Məlumat üçün qeyd edək ki, 2013-cü ildə yaradılan “Dogecoin” kriptovalyutasının bazar dəyəri Maskın açıqlamalarından dərhal sonra 30% yüksələrək 0.21 dollar səviyyəsinə çatdırıb. Bununla da, kriptovalyutanın ümumi bazar kapitalizasiyası 28.2 milyard dollar səviyyəsini ötüb.

Related posts

SİMA ilə “Bakcell”in müştəri xidmətləri rəqəmsallaşdırıldı

ABŞ-da emal olunmuş qida tərkiblərinin təhlükəsizlik statusu yenidən nəzərdən keçirilə bilər

Bakı Fond Birjası Azərbaycanda kapital bazarlarının inkişafına həsr olunmuş beynəlxalq forumda iştirak edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı