Texnologiya dünyasının ən böyük uğursuzluqları

Amerikan “Vox Media” şirkətinin nəzdində olan “The Verge” jurnalı son on ildə texnologiya dünyasında fəaliyyət göstərən şirkətlərin ən uğursuz cəhdləri ilə bağlı renkinq tərtib edib. 50-dən çox texnoloji yeniliklərin yer aldığı bu siyahıya Cənubi Koreya mərkəzli şirkətin innovativ ağıllı telefonu “Samsung Galaxy Note 7” liderlik edir. 2016-cı ildə ictimaiyyətə təqdim edilən bu cihaz qısa müddətdə insanlar arasında təşvişə yol açıb. Belə ki, cəmi bir ay ərzində 35 mobil telefonun partlayışı baş verib, daha sonra isə “Samsung” şirkəti bütün istehlakçılardan üzr istəyərək bütün “Galaxy Note 7” modellərini geri çağırıb.

Ən böyük uğursuzluqlar sırasında texnologiya nəhənglərinin məhsul və xidmətləri də yer alır. Nümunə olaraq, “Microsoft” şirkətinin “Windows” əməliyyat sisteminə malik ağıllı telefonlarını, “Alphabet” şirkəti tərəfindən buraxılan “Google Glass” ağıllı eynəklərini, “Amazon” şirkəti tərəfindən istehsal edilən “Fire” ağıllı telefonunu, “Faraday Future” şirkətinin elektriklə işləyən avtomobillərini və digər başqa innovasiyaları göstərmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır