Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Texnologiya sektorunun həcmi trilyon dolları ötən üçüncü ölkə müəyyənləşib

Texnologiya sektorunun həcmi trilyon dolları ötən üçüncü ölkə müəyyənləşib

İqtisadiyyatın rəqəmsallaşdırılması və texnologiya sahəsində davamlı və dayanıqlı inkişaf strategiyası əksər dünya ölkələrinin prioritet məsələlərindəndir. Texnologiya sektoru üzrə dünya nəhəngləri olan ABŞ və Çin Xalq Respublikasının daha bir rəqibi yaranıb.

Avropanın ən böyük iqtisadiyyatlarından biri olan Böyük Britaniyanın rəqəmsal ekosisteminin həcmi trilyon dolları (764 milyard funt-sterlinq) keçib. Böyük Britaniyanın “Dealroom Co” şirkəti tərəfindən aparılan araşdırmaların nəticəsinə əsasən, 2018-ci ildə 446 milyard dollar səviyyəsində olan sektor 2020-ci ildə pandemiyanın təsiri ilə 42% böyüyərək 942 milyard dollar səviyyəsinə çatıb. Sözügedən sektorda “fintech” şirkətlərin də payında kəskin artım qeydə alınıb.

Hazırda, Böyük Britaniyanın rəqəmsal ekosistemində “decacorn” (bazar kapitalizasiyası 10 milyard dollardan yüksək şirkətlər) adını qazanan “Markit”, “WorldPay”, “Checkout.com”, “Revolut”, “ARM”, “FNZ”, “Wise”, “Rapyd”, “Ocado”, “Admiral”, “eToro” və “Deliveroo” şirkətləri fəaliyyət göstərir. 5-10 milyard dollar aralığında bazar kapitalizasiyasına malik olan 14 şirkət mövcuddur.

Müqayisə üçün qeyd edək ki, hazırda Böyük Britaniyanın texnologiya sektoru Avropanın “iqtisadi mühərriki” hesab edilən Almaniyanın sektorundan 2 dəfə, Fransa və İsveçdən isə 5 dəfə böyükdür.

Related posts

Taksilər üçün icbari sığorta haqqı artırılır: gediş qiymətləri bahalaşacaq?

SİMA ilə “Bakcell”in müştəri xidmətləri rəqəmsallaşdırıldı

ABŞ-da emal olunmuş qida tərkiblərinin təhlükəsizlik statusu yenidən nəzərdən keçirilə bilər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı