Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“The Economist” Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb - BBN

“The Economist” Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Haarlem, the Netherlands - July 3, 2011: Plenty of The Economist magazines put on top of each other. The Economist is a weekly magazine specialized in international politics and economy. It's based in England and it's one of the most respected magazines in the world.

“The Economist Group”un araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit” (EIU) Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb.

EIU ölkə iqtisadiyyatının 2025–2029-cu illərdə sabit templə artacağını açıqlayıb.

“The Economist” Azərbaycanın 2025-ci il üzrə real ÜDM-in artım proqnozunu 2,9%-dən 3,4%-ə kimi, 2026-cı il üzrə 2,9%-dən 3,1%-ə kimi artırıb. 2027-ci il üzrə iqtisadi artım proqnozu dəyişməyərək 3,1%, 2028-ci il üzrə isə 3,2% müəyyən edilib. EIU 2029-cu ildə Azərbaycanda 3,5% iqtisadi artım olacağını gözləyir.

Nominal ÜDM isə 2025-ci ildə 145,4 mlrd. manat, 2026-cı ildə 154,6 mlrd. manat, 2027-ci ildə 174,6 mlrd. manat, 2028-ci ildə 192,0 mlrd. manat, 2029-cu ildə isə 212,6 mlrd. manat səviyyəsində proqnozlaşdırılır.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqlamasına görə, bu ilin ilk 8 ayında Azərbaycanda iqtisadi artım 1% təşkil edib. 2026-ci ilin büdcə layihəsində isə ölkədə ortamüddətli iqtisadi artım 3,5% səviyyəsində proqnozlaşdırılıb. Cari il üzrə bu rəqəm 3%, 2026-cı il üzrə 2,9%, 2027-ci il üzrə 3,3%, 2028-i il üzrə 3,1% və 2029-cü il üzrə 4,8% müəyyən edilib.

Mənbə: apa.az

Related posts

Rəqəmsal maliyyənin inkişafı istehlakçıların qorunmasından asılıdır

Pulunuzu artırmaq üçün fürsət: Əmanətiniz illik 12 % gəlir gətirsin!

Təhsilin İnkişafı Fondu auditor seçib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı