“The Economist”: Mərkəzi Banklar niyə faiz dərəcələrini artırır?

Mərkəzi Bankların faiz dərəcələrini artırması böyük xəbərdir, bir çoxları buna görə Mərkəzi Bankları mühakimə edir, amma inflyasiyanı aşağı salmaq üçün tək çıxış yolu budur. “The Economist” jurnalının hazırladığı videoreportaja əsasən, yüksək inflyasiya faiz dərəcələrinin artırılmasına məcbur edir. ABC News-un jurnalisti bu xəbəri efirdə belə səsləndirir: “Faiz dərəcələrinin artımı, banklardan alınan borcun qiymətinin artması deməkdir”. Bu dəyişiklik bütün iqtisadiyyat üzərində böyük bir dalğa yaradır və müştərilərin inamının azalmasına, daha az iş yerləri, aşağı maaş, stok qiymətlərinin enməsinə səbəb olur. Əgər Mərkəzi Banklar tez-tez faiz dərəcələrində dəyişiklik edərlərsə, bu iqtisadi tənəzzülə apara bilər. 

Bəs, nəyə görə Mərkəzi Banklar faiz dərəcələrini artırırlar?

“The Economist”in jurnalisti bunu daha sadə dillə izah etməyə çalışıb, əgər borc almaq üçün getdiyiniz bank, pul əldə etmək üçün sizi cəmiyyətdə etibarlı müştəri hesab edirsə, borcu alırsınız, amma onu əlavə kiçik məbləğ qarşılığında geri qaytarmalısınız, çünki borcverənə də faydalı olmalısınız. Bu, faiz dərəcələridir. Borc alan zaman isə aşağı faiz dərəcələri ilə almağa çalışmalısınız ki, banka daha sonra çox ödəməyəsiniz. Yüksək faiz dərəcələri isə o mənaya gəlir ki, əlavə yığdığınız pulu da banka ödəməlisiniz. İqtisadiyyatda sabit faiz dərəcələri olmur, çünki hər bir kommersiya bankının da özünün təyin etdiyi faiz dərəcələri vardır.

Mərkəzi Bank faiz dərəcələrini yüksəltməklə hər kəsə təsir edən inflyasiyanı, yüksək qiymətləri nəzarətdə saxlamaq istəyir. 

FED, İngiltərə Bankı, Avropa Mərkəzi Bankı çalışır ki, inflyasiyanı 2% aşağı salsın. Faiz dərəcələrini yüksəltmək isə Mərkəzi Banklar üçün ən güclü alətdir. Bu, bütün iqtisadiyyata təsir edir və inflyasiyanı aşağı salır. 

Necə?

Mərkəzi Bankların faiz dərəcələrini yüksəltməsi kommersiya banklarının ehtiyatlarından daha çox qazanmasına səbəb olur. Alıcılara necə təsir etməsi isə, iqtisadiyyatdan asılıdır. Finlandiya, Avstraliya kimi ölkələrdə bir sıra insanların əlverişli şərtlər qarşılığında sərfəli ipoteka əldə edirlər. Bu zaman alıcının ektra ödədiyi faiz isə Mərkəzi Bankın qərarından asılı olur. Yüksək faiz dərəcələri nəticəsində alıcıların əlində başqa məhsul və xidmətlər almaq üçün nağd pul azalır, az nağd pul isə o deməkdir ki, alıcılar daha az xərcləyəcəklər, bizneslər isə təklif etdiyi xidmət və məhsulların qiymətinə yenidən baxacaqlar. Nəticədə, inflyasiya azalacaq. Amerika, Kanada kimi ölkələrdə isə fix faiz dərəcələri vardır ki, onlar gələcəkdə Mərkəzi Bankın faiz dərəcələri ilə bağlı qərarından özlərini sığortalayırlar, amma dolayı yolla bu alıcılara təsir edir. 

Faiz dərəcələri yüksələndə ipoteka götürmək daha bahalı olur, bu gələcək alıcılara da təsir edir, daha sonra isə evin qiymətləri aşağı enir. Mənzil sahibi olanlar isə özlərini kasıb hiss edirlər və daha az xərcləyirlər. Daha az alış, daha aşağı inflyasiya deməkdir.  Daha sonra iqtisadiyatda durğunluq yaşanır, daha az iş, daha aşağı maaş, ailələr üçün daha az pul deməkdir. Müştərilərin inamı azala bilər. İnsanlar daha az xərcləyir, daha az investisiya edirlər. Ümumilikdə depressiv iqtisadi aktivlik yaranır. Bu, asan görünür elədir, amma hər zaman nəticələri uğurlu olmur. 1981-ci ildə FED, Amerikanın Mərkəzi Bankı faiz dərəcələrini 20% artırdı, inflyasiya aşağı düşdü, amma ölkə üzrə iqtisadi durğunluq yarandı. ABŞ son 70 ildir ki, inflyasiyanı iqtisadi tənəzzülə getmədən 5% aşağı salmaq üçün mübarizə aparır.

Aşağı inflyasiya qəbulediləndir, amma inflyasiyanın uzun müddət yüksək qalması problemdir. Yüksək qiymətlər, yüksək maaş artımı tələbi deməkdir, bu isə inflyasiyanı daha yüksəyə aparan amildir. 

Amma Mərkəzi Banklar yaxşı başa düşürlər ki, faiz dərəcələrini artırdıqdan sonra, nəticələri görmək 2 il çəkir, amma inflyasiyanı aşağı saxlamaq üçün yeganə alətdir. Mərkəzi Banklar deyirlər, faiz dərəcələrini artırmaq ağrılı prossesdir, iqtisadiyyatın yavaşlaması gülməli deyil, amma buna dəyər. 

Related posts

Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin komponentləri üzrə qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulur?

ABB “Yaşıl dünya” təşəbbüslərinə dəstək olaraq BMT-nin Qlobal Sazişinə qoşuldu

Zəhra Zümrüt: “İslam maliyyəsi bazarının həcmi 2026-cı ilə qədər 5,9 trilyon ABŞ dollarına çatacaq”

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı