“The Economist”: Qətər “Dünya Çempionatı”na ev sahibliyi üçün nə qədər xərcləyib?

Neft və təbii qazına (bura maye qaz LNG də daxildir) görə dünyanın ən zəngin ölkələrindən olan Qətər beynəlxalq futbolda prestijli tədbirlərdən, eləcə də ev sahibliyinin ən bahalı olduğu “Dünya Çempionatı”nın keçirilməsi üçün təxminlərə görə 300 milyard dollar xərcləyib.

BBN.az “The Economist”in videosuna istinadən xəbər verir ki, Qətər xərclədiyi vəsait ilə “Dünya Çempionatı”nın tarixinə düşüb, belə ki, bəzi hesablamalara görə, 2014-cü ildə Braziliya “Dünya Çempionatı”na ev sahibliyi etmək üçün 15 milyard dollar xərcləyib, Rusiya, 2018-ci ildə 15 milyard dollar xərclədiyi təxmin edilir.

Qətərin cəmi 3 milyon əhalisi var, çoxusu da miqrantlardan ibarətdir və ölkə “Dünya Çempionatı”na qədər otel, xəstəxana, metro sistemini yenidən qurub, yeni bahalı stadionlar tikib. Ölkə, eyni zamanda neqativ xəbər başlıqları (miqrant işçilərin ölümü, içkinin qadağan edilməsi, və s.) ilə gündəm olub. FIFA-nın (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎) rəhbəri Gianni Infantino isə açıqlamasında bildirmişdir ki, bütün qərarlar Qətər hökuməti və FIFA-nın ortaq qərarı əsasında qəbul edilib. O, qeyd etmişdir ki, Qətər hökuməti miqrantlar üçün çox yaxşı şərait yaradıb və onlar burada öz ölkələrində olduqlarından daha çox qazana bilirlər və bunu leqal yolla edirlər. Gianni Infantino Avropalı olsa da, özlərini tənqid etmiş və bildirmişdir ki, burada (Avropada) insanlar çalışmaq istəyirlər, ancaq hamı bilir ki, bunu qeyri-leqal yolla edirlər.

Related posts

Birbank taksit kartı sahibləri 150 000 AZN qazana bilərlər

Oksford Universitetinin tələbələri “ASAN xidmət”də təcrübə proqramı keçəcəklər

Kapital Bank-ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı