“Ticarət evləri” iqtisadiyyata nə kimi yeniliklər gətirəcək?

“Ticarət nümayəndələri bütün məsələlərdə milli ixracatçıların maraqlarını qoruyaraq, ümumilikdə ölkənin iqtisadi maraqlarını qoruyacaq”.

BBN.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili Vergilər qəzetinə verdiyi müsahibədə bildirib.

“Ticarət evləri” ilə əlaqədar Ona ünvanlanmış sualı cavablandırarkən T. Mirkişili xarici bazarlardakı rəqabətin güclü olduğunu,  bunun üçün həm keyfiyyətli məhsulun, həm də güclü marketinq və təbliğat işlərinin görülməli olduğunu vurğulayıb. Onun sözlərinə görə,  “ticarət evləri” bütün bu məsələlərdə sahibkarlara kömək edəcək,  onların məhsullarının ixracı üçün lazımi tədbirləri görəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır