Home » Ticarət nümayəndəlikləri tərəfindən bir sıra tədbirlər keçirilib

Ticarət nümayəndəlikləri tərəfindən bir sıra tədbirlər keçirilib

by anar
0 comments 1 views 1 minutes read

Xarici ölkələrdə Azərbaycanın investisiya imkanlarına həsr olunmuş “Invest in Azerbaijan” tədbirləri təşkil edilib, “Made in Azerbaijan” brendinin tanıdılması istiqamətində bir sıra işlər görülüb.

Azərbaycan Respublikasının xarici ölkələrdəki ticarət nümayəndələri tərəfindən ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması istiqamətində işlər ötən il də davam etdirilib.

Azərbaycan Respublikasının Mərkəzi Avropa ölkələri, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Çindəki ticarət nümayəndəliklərimiz tərəfindən tərəfindən Azərbaycan məhsullarının ixracının stimullaşdırılması, xarici ölkə bazarlarına çıxışın və işgüzar əlaqələrin genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilib. Dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq sərgi, forum və konfranslarda Azərbaycanın investisiya imkanlarına həsr olunmuş “Invest in Azerbaijan” tədbirləri təşkil edilib, “Made in Azerbaijan” brendinin tanıdılması istiqamətində bir sıra işlər görülüb.

Ticarət nümayəndəliklərinin təmsilçiləri forum və konfranslarda iştirak edərək Azərbaycanın əlverişli biznes və investisiya mühiti, xarici investorlar üçün yaradılmış imkanlar, tətbiq edilən fiskal və administrativ güzəştlər barədə məlumat veriblər. Bununla yanaşı, xarici sahibkarlara “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan quruculuq işləri və bu rayonların iqtisadi potensialı haqqında geniş məlumat verilib, Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb  istiqamətində yükdaşımalarda tranzit potensialı diqqətə çatdırılıb.

Xarici investorlar ölkəmizdə fəaliyyət göstərən sənaye parkları və məhəllələri, aqroparklar, Ələt Azad İqtisadi Zonası və işğaldan azad edilmiş ərazilərə investisiya yatırmağa dəvət olunublar.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.