“Ticarətin maliyyələşməsi sahəsində pulların yuyulmasına qarşı fəaliyyət” mövzusunda onlayn təlim keçirilmişdir – Foto

26 dekabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən “Ticarətin maliyyələşməsi sahəsində pulların yuyulmasına qarşı fəaliyyət” mövzusunda onlayn təlim keçirilmişdir.

Təlimçilər qismində Ruslan Əhmədov (Access Bank QSC) və Ramil Məmmədov (Yapı Kredi Bank Azərbaycan QSC) çıxış etmişdirlər.

Onlayn təlim çərçivəsində “Ticarətin maliyyələşməsi məhsulları üzrə pulların yuyulması metodları”, “Ticarətin maliyyələşməsi məhsulları üzrə pulların yuyulmasının qarşısının alınması üzrə kontrollar, bu sahədə beynəlxalq təcrübə” mövzuları müzakirə edilmiş və konkret misallar üzərində analizlər aparılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

Related posts

İstanbulda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişaf etməkdə olan Bazarlar Forumu keçirilib

Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri ABA-nın 35 illiyini təbrik edib

Azərbaycan nümayəndə heyəti Pakistana səfər edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı