Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Tikinti sahəsi üzrə yeni dövlət standartları qəbul edilib - BBN

Tikinti sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Avropa standartı əsasında AZS EN 13501-1-2023 “Yanğın təhlükəsinə görə tikinti məmulatları və materiallarının təsnifatı. I hissə. Yanğın təhlükəsi sınaqlarının nəticələrinə görə tikinti məmulatlarının təsnifatı” dövlət standartı və AZS EN ISO 11925-2:2023 “Tikinti materialları – yanğına qarşı davamlılıq sınaqları – alova birbaşa məruz qaldıqda alovlanma qabiliyyəti – Fəsil 2: Tək alov mənbəyi ilə sınaq” dövlət standartları qəbul edilib.

Bu standart ölkə ərazisində tikinti sahəsində təhlükəsizliyin, o cümlədən tikinti konstruksiyalarında istifadə olunan məmulat və materiallar da daxil olmaqla, yanğın təhlükəsi üzrə tikinti məmulat və materiallarının təsnifat prinsiplərini müəyyən etmək məqsədilə müasir tələblərə uyğun yeni dövlət standartına tələbat əsasında hazırlanıb.

Yeni dövlət standartı “Texniki Komitədə (AZSTAND/TK 10)” müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Related posts

Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim

Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!

ABB-dən 200 000 manata qədər təmir krediti

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı