Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“TikTok” ABŞ-da sona qədər hüquqi mübarizə aparacaq - BBN

“TikTok” ABŞ-da sona qədər hüquqi mübarizə aparacaq

TikTok” sosial şəbəkəsi ABŞ Konqresinin Nümayəndələr Palatasının qəbul etdiyi və onun bağlanmasını nəzərdə tutan qanun layihəsinin qanuna çevriləcəyi təqdirdə ABŞ-də hüquqi mübarizə aparmağa hazırdır.

BBN.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti “TikTok”un Şimali və Cənubi Amerikada dövlət siyasəti şöbəsinin rəisi Maykl Bekermana istinadən məlumat verib.

Aprelin 20-də ABŞ Nümayəndələr Palatası “TikTok”un sahibi olan “ByteDance” şirkətinin bir il ərzində sosial şəbəkəni satmaqdan imtina edəcəyi təqdirdə bu platformanın qadağan edilməsini mümkün edən qanun layihəsini qəbul edib. Satış reallaşmasa, onun ABŞ-dəki işi dayandırılacaq, “Apple” və “Google” proqramları sonradan yükləmək imkanı olmadan silmək məcburiyyətində qalacaqlar.

Bekerman sosial şəbəkə işçilərinə bildirib ki, belə bir qanun qəbul olunarsa, şirkət məhkəmədə iddia qaldıracaq. Onun sözlərinə görə, bu, digər şeylərlə yanaşı, söz azadlığını məhdudlaşdıran qanunvericiliyin qəbulunu qadağan edən ABŞ Konstitusiyasına birinci düzəlişin açıq şəkildə pozulmasıdır. “Biz sona qədər mübarizəyə davam edəcəyik”, – o deyib.

Related posts

Anthropic ofis üçün süni intellekt alətlərini genişləndirir

“eBay” 800 işçisini ixtisar edəcək

Nvidia-nın gəliri 73 faiz artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı