“Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkası keçirilir

Martın 1-dən etibarən Bakının “Fəvvarələr Meydanı”nda “Nargis” Fondunun təşkilatçılığı ilə “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkasına start verilib.

Koronavirus pandemiyası ilə bağlı iki illik fasilədən sonra yenidən qapılarını Bakı sakinlərinə və şəhərimizin qonaqlarına açan yarmarkada qurulan evlərin kirayəsindən əldə olunacaq gəlir müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanması üçün istifadə ediləcək. 

Yarmarkanın ərazisində quraşdırılmış evlərdə şirniyyat, sular və şirələr, milli və xarici mətbəxə aid yeməklər, suvenir və hədiyyələrin satışı həyata keçirilir. Şəkil çəkdirmək və əylənmək üçün yarmarkanın ərazisində hər yaşa uyğun oyun zonaları, “Yaz evi”, Novruz Bayramına aid və digər müxtəlif tematikalı konstruksiyalar quraşdırılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yarmarkanın təşkilinə dəstək göstərən qurumlardandır. Həmçinin, KOBİA-nın dəstəyi ilə yarmarkada 20-dən çox əlil və aztəminatlı ailələrdən olan sənətkarlar, eləcə də mikro sahibkarlar tərəfindən hazırlanmış müxtəlif qida məhsulları, əl işləri və suvenirlərin satışı təşkil olunub.

Yarmarka aprelin 10-dək hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək. 

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı