Torpaqlardan istifadəyə nəzarətlə bağlı treyninqlərə start verilib

Əmlak Məsələləri Dövlət Komitəsi torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarətinin daha da səmərəli təşkili üçün yerlərdə torpaq müfəttişlərinə treyninqlərin keçirilməsinə start verib. Bunun üçün torpaq müfəttişlərindən ibarət işçi qrupu yaradılıb. İlk treyninqlər Bakı, Sumqayıt şəhərlərində, Şamaxı, Xaçmaz rayonlarında keçirilib.  

Təlimlər zamanı torpaqlardan istifadənin qanunvericilik tələblərinə uyğun həyata keçirilməsi ilə bağlı məlumat verilib, inzibati xətalara dair protokolların tərtib edilməsi və qərarların qəbul edilməsi zamanı həmin tələblərə riayət olunması məsələlərindən bəhs edilib.  

Bildirilib ki, torpaq müfəttişləri ərazilərin özbaşına tutulması (zəbt edilməsi) hallarının qarşısının alınması ilə bağlı genişmiqyaslı işlər aparmalı, baş verən neqativ hallar barədə dövlət qurumlarını məlumatlandırmalıdır. Bundan başqa bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, o cümlədən yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq mülkiyyətə, istifadəyə, icarəyə dair rəy verilməsində qanunvericiliyin tələblərinin gözlənilməsini təmin etməlidirlər.

Bölgələrdə torpaq müfəttişlərinə keçirilən təlimlər gələcəkdə də davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır