“Toshiba” şirkəti parçalanacaq

Yaponiyanın əsasən texnologiya sahəsində fəaliyyət göstərən nəhəng şirkətlərindən biri olan “Toshiba Corporation” şirkətin üç hissəyə bölünməsi ilə bağlı planlarını açıqlayıb. Beş aydır davam edən müzakirələr nəticəsində alınan bu qərar şirkət səhmdarları tərəfindən təsdiqlənib.

“Toshiba” şirkətindən yapon mətbuatına verilən açıqlamaya görə, parçalanmanın əsas səbəbi kimi şirkətin texnologiyadan fərqli sahədə göstərdiyi fəaliyyətlərə fokuslanmağı göstərilib. Belə ki, parçalanma nəticəsində holdinq səhmləri “Infrastructure Service Co.”, “Device Co.” və “Toshiba” adı altında üç şirkət arasında bölünəcək. “Infrastructure Service Co.” şirkəti hazırda icrası davam etdirilən energetika sektoru və infrastruktur sahəsindəki layihələrə fokuslanacaq. “Device Co.” şirkəti xırda elektronika mallarının istehsalı və inventarizasiyası proseslərini özündə cəmləşdirəcək. Geriyə qalan bütün proseslər isə “Toshiba” şirkətinin məsuliyyətində olacaq. Bununla yanaşı, çip istehsalçısı olan “Kioxia Holdings” korporasiyasının 40.6%-lik səhmləri də “Toshiba” şirkətinin nəzarətində qalacaq.

Holdinqin parçalanma prosesinin 2023-cü ilədək yekunlaşdırılması gözlənilir. Məlumat üçün qeyd edək ki, “Toshiba Corporation” holdinqinin cari ilin birinci yarısı üzrə gəlirləri ötən ilin müvafiq dövrü ilə nisbətdə 17 dəfədən çox artaraq 59.8 milyard yen səviyyəsində qərarlaşıb.

Related posts

Şərq Tərəfdaşlığı ölkələrinin İKT və kibertəhlükəsizlik assosiasiyaları arasında əməkdaşlıq imkanları müzakirə edilib

Smartfon bazarı süni intellektin təsiri ilə 6 faiz böyüdü

Ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı