Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Tramp Böyük Britaniyanı Çindən çəkindirir, Starmer isə münasibətlərin “yenilənməsini” müdafiə edir - BBN

Tramp Böyük Britaniyanı Çindən çəkindirir, Starmer isə münasibətlərin “yenilənməsini” müdafiə edir

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanı Çinlə iqtisadi əməkdaşlıqdan çəkinməyə çağırıb. Bu xəbərdarlıq Britaniyanın Baş naziri Keir Starmerin Pekinə səfəri və Çinlə münasibətlərin yenidən qurulmasını dəstəkləməsi fonunda səsləndirilib.

Tramp jurnalistlərə açıqlamasında Britaniyanın Çinlə yaxınlaşmasını “təhlükəli” adlandırıb. Prezident bu fikri Vaşinqtonda “Melania” filminin premyerası ərəfəsində səsləndirsə də, detallara varmayıb.

Eyni vaxtda Pekində səfərdə olan Keir Starmer Çin Prezidenti Si Cinpin ilə üç saatlıq danışıqlar aparıb. Britaniya lideri görüşdə bazarlara çıxışın genişləndirilməsi, tariflərin azaldılması və investisiya razılaşmalarını müzakirə etdiklərini bildirib.

Starmer Çin–Britaniya Biznes Forumunda çıxış edərək səfəri “istədiyimiz səviyyədə dialoq” kimi qiymətləndirib və viza rejiminin yumşaldılması, eləcə də viski tariflərinin azaldılmasını münasibətlərin inkişafı baxımından vacib addımlar adlandırıb.

Baş nazir vurğulayıb ki, Böyük Britaniya ABŞ və Çin arasında seçim etməyə məcbur deyil. Onun sözlərinə görə, London Vaşinqtonla müdafiə, təhlükəsizlik və ticarət sahələrində sıx əməkdaşlığı davam etdirir.

Qeyd edək ki, Tramp son aylarda müttəfiqlərinə qarşı sərt ticarət mövqeyi ilə diqqət çəkir. O, daha əvvəl Kanadanı Çinlə yaxınlaşmaya görə tariflərlə hədələmişdi.

ABŞ Ticarət naziri Hovard Latnik isə Britaniyanın Çinlə ticarət səylərinin uğurlu olacağına şübhə ilə yanaşaraq, Çinin ixrac baxımından çətin bazar olduğunu bildirib.

Related posts

Azərbaycanda inflyasiyanın iki il üzrə proqnozu açıqlanıb

TARİX TƏKRARLANIR: Dünya “Beşinci Neft Şoku”nun astanasında – 100 dollarlıq kabus geri qayıdır!

TƏCİLİ: Neft bazarlarında “İran alovu” – Qiymətlər 100 dolları keçdi, dünya iqtisadiyyatı şokdadır!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı