Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Tramp Dünyaya vergi tətbiq etdi - BBN

Tramp Dünyaya vergi tətbiq etdi

ABŞ prezidenti Donald Tramp Azərbaycan da daxil olmaqla Dünya ölkələrinə yeni tariflər tətbiq etdiyini açıqlayıb. Tramp ABŞ-ın digər ölkələrə qarşılıqlı tariflər tətbiq edəcəyini və minimum tarif dərəcəsinin 10% olacağını açıqlayıb.

BBN.az xəbər verir ki, Donald Tramp ölkəsinə zərər verən ticarət divarlarını yıxacaqlarını bildirib. O, “ABŞ-ın qızıl dövrü geri qayıdır. Bu gün iqtisadi müstəqilliyimizi elan edəcəyik”deyib.

Donald Tramp bildirilib ki, yeni tariflər aprelin 5-dən qüvvəyə minəcək.

Tramp,”Çin ABŞ-a 67 faiz rüsum tətbiq edir. Biz Çinə 34 faiz tarif tətbiq edəcəyik. Avropa Birliyi sərt rəqibdir. Bizi soyublar. Avropa Birliyinə 20 faiz tarif tətbiq edirik”,- deyə bildirib.

Tramp Vyetnama 46 faiz, Yaponiyaya 24 faiz, Böyük Britaniyaya 10 faiz, Cənubi Koreyaya 25 faiz, Taylanda 36 faiz, İsveçrəyə 31 faiz, Tayvana 32 faiz, Hindistana 26 faiz, Malayziyaya isə 24 faiz tarif elan edib.

Dərc edilən siyahıya görə ən yüksək tarif Lesotoya (50%), Kambocaya (49%), Laosa (48%), Madaqasqara (48%), Vyetnama (46%), Şri-Lankaya (44%) və Myanmara (44%) tətbiq ediləcək. Meksika və Kanada Ağ Evin açıqladığı uzun tariflər siyahısından kənarda qalıb.

Azərbaycan və Türkiyəyə 10 faiz gömrük rüsumu tətbiq edilir.

ABŞ prezidenti Tailand, Hindistan, Vyetnam və digər ölkələri ABŞ məhsullarına qarşı ədalətsiz tarif siyasətləri və vergi rejimlərinə görə tənqid edib.

Tramp deyib ki, qarşılıqlı tariflər “ABŞ-da daha ​​güclü rəqabət və istehlakçılar üçün aşağı qiymətlər” yaradacaq.

Tramp çıxışında xaricdən gətirilən avtomobillərə 25 faiz gömrük rüsumu tətbiq edəcəklərini xatırladıb.

Related posts

AQEM-ə üzv ölkələr KOB-ların yaşıl iqtisadiyyata keçidinə dair təcrübələrini bölüşüblər

Naxçıvanın iqtisadi potensialı və tətbiq edilən güzəştlərlə bağlı tədbir keçirilib

Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı