Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Tramp: FED faizləri azaltmasa, ABŞ iqtisadiyyatı yavaşlaya bilər - BBN

Tramp: FED faizləri azaltmasa, ABŞ iqtisadiyyatı yavaşlaya bilər

ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) dərhal faiz dərəcələrini azaltmayacağı təqdirdə, ölkə iqtisadiyyatının yavaşlaya biləcəyini bəyan edib.

BBN.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp “Truth” sosial media hesabında növbəti paylaşımında bildirib.

“FED sədri Cerom Paueli (Jerome Powell) üçün faiz dərəcələrini aşağı salmaq üçün mükəmməl vaxtdır”,- Tramp yazıb.

Paueli “həmişə gecikdiyinə” görə tənqid edən Tramp, onun indi imicini dəyişdirə və sürətlə hərəkət edə biləcəyini qeyd edib.

İki ayda enerji qiymətlərinin, faizlərin, inflyasiyanın və hətta yumurta qiymətlərinin düşməsinə, məşğulluğun artmasına işarə edən Tramp, “Bu, Amerika üçün böyük bir qazancdır. Faizləri aşağı salın, Jerome”,- ifadələrdən istifadə edib.

 

 

Related posts

“Nebius” konvertasiya olunan istiqrazların yerləşdirilməsi nəticəsində $4 mlrd. cəlb edib

Azərbaycanda inflyasiyanın iki il üzrə proqnozu açıqlanıb

Qlobal Bazarlarda “Qırmızı Tufan”: Neft və Qaz Sıçrayır, Səhmlər Çökür!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı