ABŞ prezidenti Donald Tramp müdafiə büdcəsinin 2027-ci ilə qədər 1,5 trilyon dollara çatmalı olduğunu bildirib.
BBN.az xəbər verir ki, Tramp ABŞ-da yerləşən Truth Social hesabında Amerika hərbi büdcəsi ilə bağlı açıqlama verib.
Tramp açıqlamasında bildirib ki, Senatorlar, Konqres üzvləri və digər siyasi nümayəndələrlə uzun və çətin danışıqlardan sonra qərara gəldim ki, ölkəmizin rifahı naminə, xüsusən də bu çox qarışıq və təhlükəli dövrlərdə 2027-ci il üçün hərbi büdcəmiz 1 trilyon dollar yox, 1,5 trilyon dollar olmalıdır.
Tramp bildirib ki, təklif olunan müdafiə büdcəsinə nail ola bilsələr, misilsiz bir hərbi qüvvə yarada bilərlər.
Dünyanın ən çox müdafiə xərcləyən ölkəsi olan ABŞ, 2026 maliyyə ili üçün 901 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləmişdi.