Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Trampdan “önəmli bəyanat”: Rusiya aktivləri, NATO və Ukraynaya silah ixracı gündəmdə - BBN

Trampdan “önəmli bəyanat”: Rusiya aktivləri, NATO və Ukraynaya silah ixracı gündəmdə

ABŞ-prezidenti Donald Tramp, bu gün “Rusiya ilə bağlı önəmli bəyanat”la çıxış edəcəyini açıqlayıb. İddialara görə, bəyanatın əsas mövzuları Rusiya Federasiyasının dondurulmuş aktivləri, yeni sanksiyalar, eləcə də Ukraynaya silah tədarükünün şərtləri olacaq.

BBN.az xəbər verir ki, Tramp bildirib ki, “ABŞ artıq Ukraynaya pulsuz silah vermir, əksinə, NATO vasitəsilə qazanc əldə edir”. Onun sözlərinə görə, silah NATO-ya satılır, NATO isə bu silahları Ukraynaya ötürür və ödənişin 100%-i alyansın üzvləri tərəfindən edilir.

Bu bəyanat NATO-nun yeni baş katibi Mark Rüttənin Vaşinqtona səfəri ərəfəsində səsləndirilib. Bildirilir ki, ABŞ və NATO-nun Ukrayna üçün yeni silah tədarükü planı da açıqlana bilər.

Lakin iki mühüm məqam diqqət çəkir:

Silahlar fiziki olaraq hələ hazır deyil – Almaniya kansleri Fridrix Mers ABŞ-dan Patriot zenit-raket komplekslərinin alınmasını və Ukraynaya hədiyyə edilməsini təklif etsə də, hazırda bu komplekslərin real tədarükü mümkün deyil.

Avropa üçün iqtisadi risklər artır – Tramp 1 avqustdan Avropadan idxala 30%-lik yeni gömrük rüsumu tətbiq edəcəyini bildirib. Bu isə Avropa ölkələrinin ticarət balansına ciddi zərbə vuracaq və Ukraynaya yardım imkanlarını məhdudlaşdıra bilər.

Related posts

Anthropic ofis üçün süni intellekt alətlərini genişləndirir

“eBay” 800 işçisini ixtisar edəcək

Qlobal borc rekord həddə çatıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı