“TransCaspian” və “Road & Traffic” nəqliyyat sərgiləri keçiriləcək

Cari ilin 11-13 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian 2019” və 9-cu Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat  “Road & Traffic 2019” sərgiləri təşkil olunacaq.

Sərgilər Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi, “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı ilə keçiriləcək.

Bu il “TransCaspian”  “Road & Traffic” sərgisi ilə birlikdə 10 ölkədən 75 şirkəti təmsil edən iştirakçıları bir araya gətirəcək.

Xəzəryanı regionun aparıcı nəqliyyat tədbirlərindən biri olan bu sərgi dəmiryol, nəqliyyat-logistika xidmətləri və kommersiya nəqliyyatı sahəsində əsas dövlət strukturları ilə kommersiya təşkilatlarını eyni məkana toplayır.

Bu il “TransCaspian” sərgisində Azərbaycan, Belarus, Rusiya, Türkiyə, Ukrayna və bir sıra digər ölkələri təmsil edən şirkətlər yeni məhsul və xidmətlərini təqdim edəcək. Bu xidmətlər sırasında dəmiryol nəqliyyatının əyləc sistemləri üçün yeni məhsullar, istənilən növ yük və sərnişin vaqonları, lokomotivlər, motor-vaqon hərəkət heyəti, sürət qatarları və metropoliten qatarları üçün avadanlıqlar, gəmiçilik, sərnişindaşıma sahəsində xidmətlər və istənilən növ yüklərin daşınması, eskalator və onun qovşaqlarının layihələndirilməsi, təmiri və s. yer alacaq.

Yükdaşıma və logistika xidmətləri sektorlarını “Ikra Logistika”, “AS Prof Logistics”, “Absheron Logistics Center” və s. şirkətlər təqdim edirlər. “Belomo” şirkəti isə builki sərgidə debüt edir.

Daha ətraflı məlumat üçün keçidə daxil ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır