“TROY” kartları sürətlə artmağa davam edir

Türkiyənin bank və maliyyə sektorunun səyləri nəticəsində 2016-cı ildə “Banklararası Kart Mərkəzi”-nin (BKM) nəzdində yaradılan və Türkiyənin ödəmə metodu brendinə çevrilən “TROY” loqolu kartların sayı artmaqda davam edir.

BKM-dən yayılan məlumata əsasən, ötən ilin iyul ayından cari ilin iyul ayınadək “TROY” kartlarının sayında ikiqat artım olub və 9 milyon karta çatıb.

Sözügedən kartlarla aparılan əməliyyatların ümumi sayı 143 milyon, ümumi məbləğ isə 36 milyard türk lirəsi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır